ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Türk dünyası kontekstində Heydər Əliyev şəxsiyyəti

Say: Cild 1, № 2 (2), 2023 Səhifələr: 67–71 Dil: Azərbaycan UOT: 811

Xülasə

Türk dünyasının XX əsrdə yetişdirdiyi məşhur liderlərdən biri olan Heydər Əliyev yalnız müstəqil Azərbaycanın deyil, bütün türk dünyasının taleyində mühüm rol oynayan şəxsiyyət olmuşdur. Dahi Rəhbər siyasi-ictimai fəaliyyətində elm, mədəniyyət, ədəbiyyat və dil məsələlərinə də hər zaman diqqət ayırmış, qayğı göstərmişdir. Belə ki Heydər Əliyevin respublikaya rəhbərliyi illərində Azərbaycan dilinin tam səlahiyyətli dövlət dili kimi işlədilməsi üçün şərait yaradılmışdır. Heydər Əliyevin ana dilimizin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, nümunə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri içərisində mötəbər mövqe tutmasına xidmət etmişdir. Heydər Əliyev öz çıxışlarında türk xalqlarının tarixi köklərini dərindən təhlil etmiş, türk xalqlarının vahid kökdən şaxələnməsini və tədricən inkişaf edərək müstəqil dillərin yaranmasının elmi əsaslarla şərhini vermişdir. Müdrik rəhbər türk xalqlarının bir kökdən yaranması ilə bağlı olaraq onların ortaq dəyərlərini qeyd etməklə yanaşı fərqli xüsusiyyətlərini də diqqətə çəkmişdi. Türk xalqları tarix boyunca insan fəaliyyətinin bütün sahələrində öz istedadlarını, biliklərini, bacarıqlarını göstərmiş, tarixi- memarlıq abidələri, bədii əsərləri, musiqiləri ilə sivilizasiya tarixinə parlaq səhifələr yazmış, tarix səhnəsində nəhəng dövlət xadimləri, siyasətçiləri, diplomatları, fateh sərkərdələri ilə təmsil olunmuş, böyük uğurlar əldə etmişlər. Bu tarixi uğurlarda türk xalqlarının dahi şəxsiyyətlərinin – şair və yazıçılarının, bəstəkar və memarlarının, ictimai-siyasi və dövlət xadimlərinin böyük xidmətləri olmuşdur ki, onlardan ön sıralarda dayananlardan biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir.