ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Heydər Əliyev və Azərbaycan dili

Say: Cild 1, № 2 (2), 2023 Səhifələr: 62–66 Dil: Azərbaycan UOT: 811.512.162

Xülasə

Azərbaycanın ümummilli lideri, Ulu öndər Heydər Əliyev xalqımızın həm ictimai-siyasi, həm də elmi, mədəni həyatında misilsiz rol oynamış dahi şəxsiyyət, bütün şüurlu fəaliyyətini xalqının tərəqqisinə həsr eləmiş böyük siyasi xadimdir. O, 1969-cu ildə hakimiyyətə gəldiyi ilk gündən bütün sahələrdə olduğu kimi, Azərbaycan dilinin inkişafı, dövlət dili səviyyəsinə qalxması uğrunda da ardıcıl mübarizə aparmışdır. Onun ciddi səyi nəticəsində 1978-ci ildə Azərbaycan SSR -in Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edilmiş, həm sovet dövründə, həm də müstəqillik illərində dilimizin dövlət dili kimi istifadəsi istiqamətində böyük xidmətlər göstərmişdir. 1995-ci ildə keçirilən ümumxalq referendumuna əsasən Azərbaycan dili müstəqil Azərbaycan Respublikasının dövlət dili kimi qəbul edilmiş, bu sahədə verdiyi bir çox qərarlar əsasında dilimizin rəsmi dövlət dili kimi fəaliyyəti və qorunub inkişaf etdirilməsi tam şəkildə həyata keçirilmişdir. 18 iyun 2001-ci il tarixli fərmana əsasən latın qrafikalı Azərbaycan əlifbasının bütün sahələrdə tam şəkildə istifadəsinə nail olunmuş, bir sıra vacib elmi, bədii, ictimai-siyası və digər nəşrlər latın qrafikası əsasında nəşr edilmişdir.