ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Türk etnik-mədəni və dil yaddaşı Tofiq Hacıyevin elmi yaradıcılığı kontekstində

Say: Cild 4, № 3 (11), 2026 Səhifələr: 22–32 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/11/22-32

Xülasə

“Türk etnik-mədəni və dil yaddaşı Tofiq Hacıyevin elmi yaradıcılığı kontekstində” adlı məqalədə ədəbi nümunələrdə əks olunan türk etno-kulturoloji aspektlər, bu aspektləin, məlumatların müxtəlif dövr yazılı abidələrdə qorunub saxlanılması və ötürülməsinin struktur-məzmun və dil baxımından təzahür formaları qarşılıqlı-müqayisəli əlaqədə araşdırılaraq tədqiqata cəlb olunur. Türk xalqları ən qədim dövrlərdən geniş coğrafi koordinatlarda formalaşaraq yaşayan, dünyanın qədim mədəniyyətinin daşıyıcılarındandır. Tarixin müxtəlif ictimai-siyasi mərhələlərində bu xalqlara aid məlumatlar təhriflərə məruz qalsa da, türk etnik-mədəni təfəkkürürnün məhsulu olan yazılı abidələr bu sahədə qiymətli mənbə rolunda çıxış edir. Bəzən abidələrin tapılması, əsərlərin əlyazma nüsxələrinin itirlməsi, məhv edilməsi və s. kimi amillər yazılı abidələrin tədqiqində müəyyən çətinliklər yaradır. Bu problemlərin həllində disiplinlərarası əlaqə əsas metodoloji prinsip kimi götürülür, linqvotekstoloji xüsusiyyətlər diqqət mərkəzində saxlanılır. Məqalədə etnik təfəkkür, qədim türk mental sistemi, həyat tərzi, qədim izlərin aşkarlanması və s. bu kimi məsələlərə T.Hacıyevin elmi yaradıcılıq və tədqiqatları müstəvisində yanaşılır. Beləliklə, məqalə iki aspekti əhatə edir: ədəbi bədii nümunələrdə türk etnik- mədəni düşüncəsinin qədim qatlarının aşkar edilməsi və bu məsələlərin T.Hacıyevin akademik elmi yaradıcılığında yeri. Mövzunun təqdimində ən qədim abidələr nəzərdən keçirilir. “Şan qızı dastanı” adlı bulqar abidəsi əsasında etnik-kulturoloji məzmunun ədəbi struktur və semantik-dil xüsusiyyətlərindən bəhs olunur. Bu sahədə türkoloq alimin fikirləri, nəzəri baxışları və elmi tədqiqat üsulu diqqətə çatdırılır. Türk ədəbi-mədəni irsinin ən qədim mənbələrindən biri hesab edilən itmiş kitab (Ulu Xan Ata Bitigi) haqqında tarixi məlumatlar da araşdırmaya daxil edilmişdir. Məqalədə ümumtürk kontekstində Azərbaycan yazı dilinin formalaşması, qədim tarixi ilə bağlı T.Nacıyevin elmi mülahizələri sistemli şəkildə təqdim olunur.