ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Linqvistik leksik vahidlər baxımından Azərbaycan-Türkiyə inteqrasiyası

Say: Cild 4, № 3 (11), 2026 Səhifələr: 33–40 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/11/33-40

Xülasə

Məqalədə Azərbaycan ədəbi dilində son illərdə rəsmi status qazanmış 18 yeni türk sözü morfoloji baxımdan araşdırılır. Tədqiqatın məqsədi Türkiyə türkcəsinin təsiri ilə dilimizə daxil olmuş və ədəbi norma daxilində işlənən türkizmlərin struktur-semantik xüsusiyyətlərini, yaranma yollarını və söz yaradıcılığındakı rolunu müəyyənləşdirməkdir. Yeni leksik vahidlər düzəltmə isim, mürəkkəb isim, düzəltmə feil, frazeoloji feil və düzəltmə sifət kimi qruplaşdırılır. Hər qrupun formalaşma modeli izah olunur, bu vahidlərin Azərbaycan dilinin leksik sistemində tutduğu yer göstərilir. Təhlil nəticəsində aydın olur ki, həmin sözlərin böyük hissəsi türk dillərinə xas məhsuldar söz yaradıcılığı modelləri əsasında yaranmış, müasir kommunikativ ehtiyacları ödəməyə yönəlmişdir. Məqalədə Azərbaycan ədəbi dilinin inkişafı ilə bağlı elmi mövqe də ortaya qoyulmuşdur. Müəllif dilin tarixi ənənələrinə hörmətlə yanaşaraq onun çağdaş tələblərə uyğun yenilənməsini vacib sayır. Qloballaşma şəraitində türk mənşəli sözlərin işlənmə dairəsinin genişləndirilməsi dilin zənginləşməsinə xidmət edir. Bu baxımdan “əlaqə” yerinə “bağlantı”, “müqavimət” yerinə “dirəniş”, “region” yerinə “bölgə” sözlərinin işlədilməsi nümunə kimi verilir. Yeni türk mənşəli vahidlərin ədəbi dilə daxil olması Azərbaycan dilinin zəifləməsi deyil, onun ifadə imkanlarının və milli xarakterinin güclənməsidir. Bu yanaşma həm də dil siyasətində milli leksikanın aktivləşdirilməsi, terminoloji seçimlərin dəqiqləşdirilməsi və ədəbi dilin funksional çevikliyinin artırılması baxımından əhəmiyyətlidir, müasir elmi diskurs üçün də vacibdir. Bu nəticələr dil planlaşdırması üçün də dəyərli töhfə və ümumi istiqamətdir.