ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Aşıq dilində poetik fonetikanın üslub imkanları

Say: Cild 3, № 3 (8), 2025 Səhifələr: 178–186 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/8/178-186

Xülasə

Məqalədə bədii dildə səsin əhəmiyyətindən danışılır. Danışıq səsləri poetik təcrübənin tərkib hissəsi kimi araşdırılır, oxucunu təkcə məna ilə deyil, həm də eşitmə vasitəsilə cəlb edən fonetik vasitələrin əhəmiyyəti öyrənilir. Müxtəlif aşıqların yaradıcılığından nümunələr götürməklə poeziyanın səs mənzərəsinin məna dərinliyi, ritm, təsir yaratmaqda semantik məzmun qədər əhəmiyyətli olduğu əsaslandırılır. Araşdırma vasitəsilə iddia edilır ki, poeziyada səs sadəcə bəzək aləti deyil, həm də şeirin quruluşunu, əhval-ruhiyyəsini formalaşdıran əsas vasitədir. Bədii dildə fonetikanın tədqiqi dilçilik, ədəbiyyat nəzəriyyəsi və bədii ifadənin tədqiqi arasında körpü quran zəngin və kifayət qədər öyrənilməmiş bir tədqiqat sahəsidir. Ədəbi-bədii dildə fonetik elementlər sadəcə aydınlığı və ya reallığı təmin etmək üçün bir vasitə deyil, onlardan ədəbi simalar tərəfindən emosional reaksiyalar oyatmaq, xarakter fərqlərini vurğulamaq, müxtəlif anlayışları gücləndirmək üçün istifadə olunur. Fonetik imkanlardan istifadə aşıqların estetik təcrübəsini artırır. Fonetik xüsusiyyətlərin funksiyalarını və ədəbi əsərlərin həm forma, həm də məzmununa təsirini öyrənməklə aşıqların səslə necə rəftar etdiklərini müəyyənləşdirmək olar. Bədii dil, insanların ən zəngin və incə duyğularını, fikirlərini və həyat təcrübələrini ifadə etmək üçün maraqlı bir mənbədir. Bu dilin özəlliyi yalnız mənada deyil, həm də səs və ritm səviyyəsindəki xüsusiyyətlərdədir. Fonetik vasitələr, xüsusilə də səslərin quruluşu və onların birləşməsi, poeziyanın bütünlüklə estetik təsirini formalaşdıran mühüm elementlərdən biridir. Poetik dildə fonetika, şairin yaratdığı təəssüratları dərinləşdirən, mətnə ritmik ahəng qataraq oxucuya fərqli duyğular aşılayan bir dilcilik sahəsidir. Fonetika ənənəvi olaraq nitq səslərinin əmələ gəlməsi, ifadə edilməsi və qavranılması yollarına diqqət yetirərək onları linqvistik baxımdan araşdırsa da, fonetik elementlərin bədii dili inkişaf etdirmək potensialı alimlərin diqqətini son zamanlar cəlb etmişdir. Belə ki, bədii mətnlərdə fonetik xüsusiyyətlər çox vaxt müəlliflər tərəfindən üslub məqsədləri üçün istifadə olunur. Bunlar şeir mətninin estetik keyfiyyətini formalaşdırır və onun oxuculara emosional və psixoloji təsir göstərməsini əsaslandırır. Səs seçimlərinin xarakteri, onların əhval-ruhiyyə və məna dərinliyini əks etdirə bilməsi fonetikanın poeziyada mühüm rol oynadığını göstərir.

Açar sözlər