ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Köməkçi nitq hissələrinin təsnifi

Say: Cild 3, № 3 (8), 2025 Səhifələr: 170–177 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/8/170-177

Xülasə

Məqalədə köməkçi nitq hissələrinin təsnifi problemlərinə geniş yer verilir. Araşdırmada müstəqil leksik mənası olmayan yardımçı sözlərin bölgüsü ilə bağlı ümumiləşdirmələr nəzərdən keçirildikdən sonra, nitq hissələrinin təsnidi prinsipləri (leksik-semantik, morfoloji, sintaktik prinsiplər) əsasıda köməkçi nitq hissələrinə daxil edilən söz qruplarının funksiyalarına uyğun olaraq daxili təsnifatı aparılır. Bölgü prosesində köməkçi nitq hissələri sözlər və birləşmələr arasında əlaqə yaradan (qoşma, bağlayıcı), cümlədə fikrə münasibət bildirən (ədat, modal sözlər), emosionallıq bildirən (nida), obrazlılıq bildirən (təqlidi sözlər) və qeyri-müəyyənlik bildirən (imperativ sözlər, uşaq sözləri, ritmik sözlər) nitq hissələri adı altında müxtəlif qruplara ayrılır. Məqalədə yardımçı söz növlərinin vəzifəsinə görə sistemləşdirilməsi ilə yanaşı, mənşəcə bölgüsü də təqdim edilir. Məlum olduğu üzrə köməkçi nitq hissələri tarixən əsas nitq hissələrinin bir qrupunun lüğəvi mənasını itirməsi nəticəsində meydana gəlmişdir. Köməkçi nitq hissələri bu cəhətdən iki qrupa bölünür: a) əsas nitq hissələrindən törəyənlər (qoşma, bağlayıcı, ədat, modal sözlər); b) mənşəcə əsas nitq hissəsi ilə əlaqəsi olmayanlar (imperativ sözlər, nida ritmik sözlər, təqlidi sözlər, uşaq sözləri).