ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Azərbaycan dilinin inkişafında Heydər Əliyev mərhələsi

Say: Cild 1, № 2 (2), 2023 Səhifələr: 41–48 Dil: Azərbaycan UOT: 811.512.162

Xülasə

Məqalədə Azərbaycan dilinin inkişafında Heydər Əliyevin apardığı dil siyasəti təhlil olunmuşdur. Siyasi liderin Azərbaycan dilinin dövlət dili kimi inkişafı ilə bağlı 1969-2003-cü illərdə apardığı dil siyasəti rəsmi sənədlər əsasında xarakterizə edilmişdir. Heydər Əliyev Azərbaycan dilinin ta- rixi keçmişinin tədqiqi ilə bağlı işlərin gücləndirilməsi ilə yanaşı, müstəqillik illərində Azərbaycan dilinin tətbiqi ilə bağlı mövcud problemləri də daim diqqət mərkəzində saxlamışdır. Azərbaycan dilinin dövlət di- li statusunun hüquqi cəhətdən tənzimlənməsi və dövlətçilikdə dil problemlərinin həlli istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq ulu öndər imza atmışdır. Heydər Əliyev epoxası kimi tarixə daxil olmuş bu dövr Azərbaycan dilinin beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması ulu öndərin düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində olmuşdur.