İsmayıl Hikmətin "Azərbaycan ədəbiyyatı tarixi" və türkçülük konsepsiyası
Xülasə
Məqalədə boyük türk aliminin həyatı, yaradıcılıq yolu və pedaqoji fəaliyyəti ilə bağlı müxtəsər məlumat verilir. 1928-ci ildə Bakıda nəşr olunmuş iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının elmi dəyəri təhlil müstəvisinə gətirilir. “Azərbaycan ədəbiyyatı tarixi”nin türkçülük konsepsiyası ilə yazılmasının mahiyyəti və müasirliyi şərh edilir. 1928-ci ildən sonrakı dəyişən zamanda elmi-ədəbi mühitdə ona tənqidi və inkarçı münasibətin səbəbləri araşdırılır. Kitab orta əsrlər Azərbaycan ədəbiyyatını ilk mənbələr əsasında araşdıran mühüm tədqiqat əsəri kimi qiymətləndirilir. Alimin dövrün ədəbiyyatını tarixilik prinsipinə əməl etməklə “üç cərəyan” nəzəriyyəsi əsasında dəyərləndirməsinin müasirliyi önə çıxarılır. Tədqiqatın metodoloji əhəmiyyəti və müasir ədəbiyyat tarixlərimizin türkçülük konsepsiyası əsasında yazılmasında əsaslı ənənə yaratmaq gücü üzərində dayanılır.