ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Bəxtiyar Vahabzadə ana dilimizin təəssübkeşi kimi

Say: Cild 3, № 2 (7), 2025 Səhifələr: 21–27 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/7/21-27

Xülasə

Müasir Azərbaycan ədəbiyyatında B.Vahabzadənin dilə, dil tarixinə, onun saflığına, qorunmasına həsr etdiyi şeirlər nəinki uşaqlar, hətta böyüklər tərəfindən sevilməkdədir. Bunun səbəbi isə şairin dil haqqında bu təəssübkeşliyinin dil daşıyıcıları olan Azərbaycan xalqının mənafeləri ilə üst-üstə düşməsidir. Şair dilin təmizliyinin qorunmasının təkcə yazışı, şair və alimlərin deyil, ədəbiyyatşünasların və xalqımızın mənəvi yükünə çevirmişdir. O, öz əsərlərində dilin xalq üçün necə dəyərli mənəvi sərvət olması fikrini aşılamaq istəmiş və dilimizin əhatə dairəsini genişləndirmişdir. Şair dilin insanlar arasında təkcə ünsiyyət vasitəsi kimi yox, məxsus olduğu xalqın tarixini özündə ehtiva edən bir vasitə kimi qiymətləndirmişdir. Dil tarixinin müxtəlif mərhələləri məhz həmin dövrdə yaşayıb-yaratmış sənətkarlarla bağlıdır. Çünki həmin sənətkarlar həmin dövrdə mövcud olan dilə daha tez müdaxilə edə bilirlər.