ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 2, № 2 / Ədəbiyyatşünaslıq

Mahmud Kaşğarinin “Divan”ından şeir mətnlərinin etnopoetik müstəvidə təhlili

Say: Cild 2, № 2 (4), 2024 Səhifələr: 154–159 Dil: Azərbaycan UOT: -811.512.162

Xülasə

Türk etnosunun yaratdığı bədii irsin, o cümlədən şeir sənətinin etnik mahiyyətini izləmək üçün Mahmud Kaşğarinin toplayıb “Divan”a daxil etdiyi şeir mətnləri zəngin material verir. “Divan”da qeydə alınmış şeir mətnlərinin etnopoetika müstəvisində açdığı imkanlar hələlik kifayət qədər öyrənilməmişdir. Bədii düşüncə birdən-birə doğulmur və reallığa çevrilən bədii fakt və nümunələr də birdən-birə yaranmır. Onun təkamülü və formalaşması xeyli vaxt və zaman tələb edir. Bununla bərabər, bədii düşüncvənin məzmun və ifadə planı aid olduğu etnosun təbiətindən kənarda deyil. Əslində, etnopoetika bədii düşüncə ilə etnosun təbiəti arasındakı əlaqə və təması öyrənən, bu əlaqə və təmasın xüsusiyyət və əlamətlərini meydana çıxaran bir elm sahəsi kimi qavranılır. ”Divan”da əksini tapmış şeir mətnlərinin bəziləri 2, bəziləri isə 4 misralıq poetik örnəklərdir. Biz şübhə etmirik ki, belə struktura malik şeirlər Mahmud Kaşğari dövründən çox-çox əvvəllər yaranmış bədii mətnlərdir və belə formaya, heca və qafiyə quruluşuna oxşar şeir mətnlərində müasir poeziya örnəklərində aktiv şəkildə rast gəlmək olur. Etnopoetik düşüncə ilkin olaraq şeirin quruluşunu – strukturunu, misranı axtarır və o, təbii olaraq tələb edir ki, hər hansı bir şeir mətni harmonik keyfiyyət qazansın, çünki belə keyfiyyətin yaranması üçün şeir mətnində qoşa misranın ölçü bərabərliyi və ritm uyarlığı əsas şərtdir, semantik cəhətlər də bu müstəvidə son dərəcə səciyyəvidir ki, məqalədə bütün bu məsələlər saf-çürük edilir.