ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Heydər Əliyevin dil və kökündə türkçülük ideologiyası dayanan Azərbaycançılıq siyasəti

Say: Cild 1, № 2 (2), 2023 Səhifələr: 12–19 Dil: Azərbaycan UOT: 930.22

Xülasə

Məqalədə Heydər Əliyevin dili və kökündə türkçülük ideologiyasına dayanan Azərbaycançılıq stretegiyasından bəhs olunur. Eləcə də dilin təbiəti, onun təkamül və funksional mexanizmləri, spesifik fəaliyyəti, insanın özü qədər mürəkkəb və müxtəlifliyindən, Ümummilli Liderin doğma dilimizi ancaq insanlar arasında ən mühüm ünsiyyət vasitəsi kimi deyil, yüz min illərin ən qiymətli əmanəti kimi qəbul etməsindən və Ulu Öndərimizin həyata baxışından, ümumilikdə həyat fəlsəfəsindən, türkçülük, millətçilik, vətənə bağlılığından söhbət açılır. Çünki Ulu Öndər tərəfindən əsası qoyulmuş bu ideologiya hazırda xalqımızın ideallarına, Ali Baş Komandanın dövlətçilik ideyalarına yol göstərir. Ulu Öndərin ancaq Azərbaycan ədəbiyyatının deyil, Azərbaycan ictimai fikrinin parlaq simaları Mirzə Fətəli Axundov və Cəlil Məmmədquluzadənin yaradıcılığı barədə ayrı-ayrı vaxtlarda münasibət bildirməsi də qətiyyən təsadüfi sayıla bilməz. Bu cəhətdən, dövlət müstəqilliyimizin ilk illərində Azərbaycan Respublikası Konstitusiyasının layihəsi üzərində geniş müzakirələrin başlaması son yüz ilin əsas sualına cavab tapmaqdan ibarət idi. Bu baxımdan Heydər Əliyev şəxsiyyətinə və fəaliyyətinə məhz bu yöndən yanaşılmalıdır.