ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Mahmud Kaşğari “Divan”ında yemək və içki adlarının əksi və onların çağdaş türkcələrdə qarşılığı

Say: Cild 1, № 1 (1), 2023 Səhifələr: 11–23 Dil: Azərbaycan UOT: –81.374

Xülasə

Məqalədə Mahmud Kaşğarinin “Divan”ı əsasında yemək və içki adlarının türk dillərində qədim və indiki vəziyyətinin ümumi təkamül xüsusiyyətləri, çoxsaylı linqvistik hadisələr və faktlar aşkar edilmişdir ki, onlar müasir türk xalqlarının mətbəx mədəniyyətinin öyrənilməsində qiymətli mənbədir. Yemək və içki adlarının müqayisəli şəkildə araşdırılması tarixi dövrlərdə müxtəlif hadisələrə məruz qalmış sözlərin leksik tərkibini bütün yönləri ilə meydana çıxarmağa imkan və şərait yaradır. Tədqiqat nəticəsində məlum olur ki, qida məhsullarının adlarının yaradılmasında və işlədilməsində türk xalqları bir xətdə birləşiblər. Mahmud Kaşğarinin “Divan”ı əsasında yemək və içki adlarının müqayisəli şəkildə araşdırılması tarixi leksikologiyanın tədqiqat obyektinin nəticəsi kimi üzə çıxır. Leksik müqayisə prosesi türk sistemli dillərin malik olduğu zənginliyi meydana çıxarmaq, buradakı oxşar və fərqli cəhətləri tədqiq etmək məqsədini qarşısına qoyur ki, Kaşğarinin “Divan”ı bu cəhətdən misilsiz əhəmiyyət daşıyır. Mahmud Kaşğarinin qeydə aldığı yemək və içki adlarının bəziləri türksistemli dillərdə və yaxud onların dialekt arealında işlənsə də, bəziləri arxaikləşərək türkcələri tərk etmişdir. “Divan” da əksini tapmış qida məhsullarının adları türkcələrdə ancaq özünəxas, yalnız bu qrup dillərdə işlənən, bu dillərin öz daxili inkişafı ilə əlaqədar olaraq yaranan leksik vahidlərdir ki, bu sözlər etimoloji etüdlər şəklində nəzərdən keçirilmişdir.