ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Ünsiyyət və seçilən fərd olmanın yolları

Say: Cild 3, № 3 (8), 2025 Səhifələr: 264–274 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/8/264-274

Xülasə

Bu məqalədə ünsiyyət və seçilən fərd olmanın yolları ağıl, saf niyyət, cəsarət, səbir, ədəb, sadəlik, acı günlər, dost seçimi, sözün azı, mütaliə və özünə inam prizmalarından araşdırılır. Farsca bütün sitatlar bu şairlərindir: Ə.Firdovsi, X.Şirvani, N.Gəncəvi, F.Əttar, S.Şirazi, H.Şirazi, M.Rumi, S.Təbrizi, M.Feyz-Kaşani, M.İqbal. Bu məqalənin məqsədi budur ki, Azərbaycan oxucusunu ünsiyyətə dair farsdilli ədəbiyyatda olan informasiyalarla tanış etsin, çünki heç də hər kəs farscanı elmi və poeziya səviyyəsində bilmir. Məqaləni fərqləndirən cəhət elə budur. Səbir insan həyatında böyük önəm daşıyır. Səbir olmadıqda insan həyatda bacarıqlı və uğurlu ola bilmir. Ədəb insana insanlıq verən bir yanaşmadır. Ədəb insanı bir çox neqativlərdən qoruyan bir həyat seçimidir. Ağıl düşüncəni yönədir, ona istiqamət və potensial verir, yoluna işıq tutur. Antik dönəmlərdən bu günə kimi böyük insanlar ağılı həmişə uca tutublar. Saf niyyət insanı doğru yola sövq edən, onu xeyirsevər və pozitiv edən bir yoldur. Saf niyyət olmayınca heç kəs doğru yolu qət edə bilməz. Şücaət könüldən qaynaqlanan elə bir potensialdır ki, insanı qorxmaz, hədəfə yönələn, əzmkar və peşəkar edir. Sadəlik sayğı doğuran bir davranışdır. Acı günlər insanı mübariz edən bir potensialdır. Düzgün dost seçimi keçiləcək yolu işıqlı edən gücdür. Az söz nitqə yaraşıq verir, dərrakəni genlədir. Özünə inam mənəvi gücə güc qatır.