Səhəndin “Dədəmin kitabı” dastan-mənzuməsi Amantay Şərifin tərcüməsində
Xülasə
Bulud Qaraçorlu Səhənd (1926 – 1979) XX əsrin ortaları və ikinci yarısı Cənubi Azərbaycan poeziyasının parlaq nümayəndələrindən biridir. Onun son dərəcə naxışlı poetik misraları milyonlarla oxucuların qəlbinə yol tapmışdır. Onun yaratdığı çoxsaylı parlaq nümunələr sırasında dünya şöhrətli “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında yazdığı “Dədəmin kitabı” dastan-mənzuməsinin xüsusi yeri vardır. Təqdir olunasl haldır ki, onu bu yaxınlarda, daha dəqiq desək 2024-cü ilin sonlarında tanınmış qazax alimi, ədəbiyyatşünası, filologiya elmləri doktoru, professor, Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, mütərcim Amantay Şərif öz doğma dilinə tərcümə etmişdir. Müəllifin özünün bizə hədiyyə etdiyi “Сагыныш саздары. Дастандар” (“Sazın kədəri. Dastanlar”) kitabında əsərin tərcüməsi ilə tanış olduq. Kitabda Cənubi Azərbaycan poeziyasının ünlü nümayəndələrindən M.H.Şəhriyarın “Heydərbabaya salam” və B.Q.Səhəndin “Dədəmin kitabı”nın tərcümələri yer almışdır. Elə buradaca qeyd edək ki, Amantay Şərif Qazaxıstanda Azərbaycan ədəbiyyatının yaxın dostu və təbliğatçısı kimi tanınmaqdadır. Belə ki, o, Astanada Beynəlxalq Türk Akedimayası tərəfindən keçirilən müstəqillik ideyaları carçısı “Əhməd Cavad-130” tədbirinin fəal iştirakçılarından, ümumilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş L.Qumilyov adına Avrasiya Milli Universitetində açılmış auditorianın yaradılmasına yaxından dəstək verən, ümumiyyətlə, Azərbaycan qazax ədəbi-mədəni qarşılıqlı əlaqələrini yüksələn xətlə gedən istiqamətinə öz töhvələrini verən alimlərdəndir. Göstərdiklərimizlə yanaşı, o, Qazaxıstanda və Azərbaycanda Bəxtiyar Vahabzadə yaradıcılığı ilə bağlı məruzələr etmiş, Həsən bəy Zərdabinin, Hüseyn Cavidin və digərlərinin yaradıcılıq irsini müqayisəli-qarşılaşdırıcı planda təhlil etmiş və onları XX əsrin əvəlləri qazax poeziyası ilə əlaqəli şəkildə səciyyələndirən alimlərdəndir. Bundan başqa, o, Bəxtiyar Vahabzadənin “Gülüstan”, Hüseyn Cavidin “Müharibə və fəlakət”, M.F.Axundzadənin “Aldanmış Kəvakib” və b. bu kimi əsərləri qazax dilinə tərcümə və milli oxuculara təqdim etmişdir. Bunlarla yanaşı, onun “Azərbaycan ədəbiyyatı antologiyası” adlı kitabı və elə bu “Antalogiyada...” H.Cavidin “İblis” faciəsini öz tərcüməsində təqdim etmişdir ki, bu da mütərcimin yaradıcılığının dəyərli səhifəsi kimi dəyərli qiymətləndirilməlidir. Səhəndin “Dədəmin kitabı”nın tərcüməsinə gəldikdə isə qeyd etməliyik ki, Amantay Şərif burada Azərbaycan şairinin yetərincə yaradıcılığının üstün keyfiyyətlərinin özünəməxsusluğunu qoruya bilməklə onun türkçülüklə, müstəqilliklə bağlı hiss və duyğularını simvolizə edən Azərbaycan türklərinin mədəni keçmişinin xüsusiyyətlərinə, Arazın o tayında yaşayan soydaşımızın bulaq gözündən süzülmüş damla kimi dumduru ifadələrini, müəllifin poetik fikirlərinin orijinallığını, fars rejimi hakim dairələrinin özbaşınalığını və s. bağlı məqamları tərcümədə qorumağa məsuliyyətlə yanaşmışdır. Bax, bütün qeyd etdiyimiz bu keyfiyyətləri Amantay Şərif öz tərcümə işində uğurla yarada bilmişdir. Məhz buna görə də biz Amantayın Qazax dilinə tərcüməsinin yüksək şəkildə yerinə yetirildiyini təkidlə vurğulamalıyıq. Amantay Şərifin bu tərcüməsi qazax mədini-ədəbi mühütinin bizim poetik nümunələrin təbliğində xüsusi əhəmiyyəti olduğunu qeyd etməkdə israrlıyıq. Müqayisə və metoforik ifadələrlə zəngin olan Səhəndin “Dədəmin kitabı”dastan-poeması qazax dilində orijinal müəllifinin emosional naturasını uğurla yarada bilmişdir. Orijinalla tərcüməni təhlil prosesində biz mütərcimin Cənubi Azərbaycan şairinin yaradıcılıq laboratoriyasına dərindən bələd olduğunu və orijinal müəlliinin əsərinin struktur- kompozisiya və ideya-məzmun özünəməxsusluğunun ən incə məqamlarını yarada bilmişdir. Başqa sözlə, Amantay Şərif “Dədəmin kitabı”nın müəllifini uğurla təccəssüm etdirmişdir. Mütərcim çevirdiyi mətnə özbaşına, sərbəstcəsinə yox, rus teatrı və səhnəsinin böyük reformatoru K.S.Stanislavski sisteminə uyğun olaraq hərəkət