Üzeyir Hacibəyovun Azərbaycan dilinin inkişafında rolu
Xülasə
Üzeyir Hacıbəyovun Azərbaycan dilinin inkişafına verdiyi töhfələr araşdırılır. Onun həm musiqi sahəsindəki fəaliyyəti, həm də pedaqoji və publisistik irsi dilin təbliği və zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Təkcə musiqi sahəsində deyil, həm də publisistika, təhsil və maarifçilik istiqamətində fəaliyyəti ilə Üzeyir bəy ana dilinin geniş istifadəsinə, elmi və bədii dildə tətbiqinə mühüm təsir göstərmişdir. Məqalədə Hacıbəyovun dilə olan həssas münasibəti, onun əsərlərindəki leksik, üslubi xüsusiyyətlər və bu xüsusiyyətlərin müasir Azərbaycan dili ilə əlaqələri təhlil edilir. Eyni zamanda müəllifin ictimai fəaliyyətində dilin milli kimlik və mədəniyyətin daşıyıcısı kimi önə çıxarılması da vurğulanır. Məqalədə Üzeyir Hacıbəyovun irsinin bu gün də Azərbaycan dili və təhsili üçün aktuallığı əsaslandırılır. Burada Üzeyir bəyin Azərbaycan dilinin sadələşdirilməsi, xalq danışıq dilinə əsaslanması və ərəb-fars mənşəli ağır sözlərin aradan qaldırılması istiqamətində apardığı işlər təhlil edilir. O, publisistik yazılarında xalqın başa düşəcəyi dildə maarifləndirici fikirlər səsləndirmiş, ana dilinin dövlət dili kimi möhkəmlənməsinə çalışmışdır. Eyni zamanda, Üzeyir Hacıbəyovun musiqili əsərləri – operalar və komediyalar Azərbaycan dilinin estetik gücünü nümayiş etdirərək dilin sənətdə geniş şəkildə işlənməsinə səbəb olmuşdur. “Arşın mal alan” və “O olmasın, bu olsun” kimi əsərlərində dilin sadəliyi, axıcılığı və xalq ruhuna yaxınlığı xüsusilə diqqət çəkir (B.Hüseynov, 2003). Məqalə nəticə olaraq Üzeyir Hacıbəyovun Azərbaycan dili və milli kimliyin qorunması sahəsindəki rolunu vurğulayır və onun irsinin bu sahədə də örnək olduğunu göstərir.