Azərbaycan poetik dilində yaşayan köhnəlmiş sözlər
Xülasə
Məqalədə çağdaş Azərbaycan dilində köhnələn milli sözlərdən danışılır. Bu sözlər uzun yüzilliklər boyu Azərbaycan xalqının gündəlik həyatında istifadə olunan və onun duyğularını, düşüncələrini ifadə edən leksik-qrammatik vahidlər kimi təhlilə cəlb edilir. Bu sözlərin Azərbaycanın tarixində və mədəniyyətində mühüm yer tutmuş ənənələrin, adətlərin, təbiət hadisələrinin və sosial münasibətlərin təsiri altında yaranması qeyd edilir və hər bir milli sözün özündə xalqın estetik dəyərlərini əks etdirməsi göstərilir. Məqalədə qeyd olunur ki, milli sözlər yalnız dilin gözəlliyini və zənginliyini artırmaqla kifayətlənmir, onlar həm də cəmiyyətin sosial və mədəni həyatı ilə sıx bağlıdır. Köhnəlmiş sözlər, bəzən birbaşa anlamını itirərək yalnız tarixdə və ya müəyyən bir dövrün ədəbi nümunələrində qorunub saxlanır. Belə sözlər dilin zənginliyini, keçmiş mədəniyyəti və xalqın inkişaf yolunu əks etdirir. Bundan başqa, köhnəlmiş sözlər dilin tarixi barədə məlumat verir. Köhnəlmiş sözlər, əvvəlki kimi istifadə olunmadığı və ya artıq funksiyasını itirdiyi üçün dilin müasir leksikasında yer almasa da, dilin inkişafını izah edən tarixi sənədlər, ədəbiyyat və mədəniyyət üçün qiymətli bir mənbədir. Hər hansı bir əşyanın və ya hadisənin adı dəyişərsə, onları ifadə edən sözlər də dəyişir və beləliklə də, həmin sözlərin əvvəlki forması köhnəlir və çağdaş leksikadan çıxır. Bu sözlər, Azərbaycan xalqının kimliyini qorumaqda, milli mənlik şüurunun yüksəlməsində önəmli rol oynamışdır. Həmçinin bu sözlər xalqın tarixində yaşanan faciələr, zəfərlər və gündəlik həyatla bağlı əhəmiyyətli məlumatlar mənbəyidir. Belə sözlərin araşdırılması maraqlı linqvistik faktların üzə çıxmasına səbəb olur. Bu baxımdan, köhnəlmiş sözləri tədqiq etmək əhəmiyyətlidir. Əslində, poetik dilin köhnəlmiş sözlərə ehtiyacı vardır. Bu ehtiyac zaman-zaman dəyişsə də, bütün tarixi dövrlərdə müşahidə olunur. Bu sözlər, təkcə bir dilin və dövrün ifadə forması deyil, həm də insanın daxili aləmini, yaşadığı dünyaya aid düşüncələrini, hisslərini və təcrübələrini çatdıran qiymətli vasitələrdir. Belə sözlər müasir dildə işlənməsə də, poetik dildə yaşayan sözlər milli və mədəni Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 8 / 142-149 ISSN : 3005-3137 Mahmud Kashgarli International Scientific Journal. 2025 / Volume: 3 Issue: 8 / 142-149 e-ISSN: 3005-4982 143 mirasdır və onların yaşaması ədəbi dilin canlı olduğunu və milli leksik-qrammatik vahidlərin unudulmadığını göstərir. Poetik dil örnəkləri göstərir ki, köhnələn sözlər dilin aktiv leksikasını tərk etsə də, yox olmur.