ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 1, № 1 / Ədəbiyyatşünaslıq

İsmayıl Qaspiralı yaradıcılığında qadın hüquq və azadlığı problemi

Say: Cild 1, № 1 (1), 2023 Səhifələr: 44–52 Dil: Azərbaycan UOT: –82.390

Xülasə

İ.Qaspiralının həm bədii, həm də publisistik yaradıcılığında qadın mövzusu əhəmiyyətli yer tutur. Məqalədə İ.Qaspiralı yaradıcılığında qadın probleminin aktuallığına diqqət yönəldilmiş və təhlilə cəlb edilmişdir. Bildiyimiz kimi, İsmayıl Qaspiralı 1903-cü ildə “Tərcüman” qəzetində çap etdirdiyi “Qadınlar” başlıqlı yazısında qadınların vəzifələri, Şərq və Qərb qadınlarının müqayisəsi, qadınların hüquqları və s. ilə bağlı fikirlər söyləmişdır. İ. Qaspiralı “Qadınlar” məqaləsində “hər evə bir qadın necə lazımsa, hər qadına da elm o cür lazımdır” deməklə qadınların təhsilli olmasının vacibliyini qeyd edir, cəmiyyətin formalaşmasında, nicatında və tərbiyəsində savadlı qadının rolunu yüksək qiymətləndirirdi.İ.Qaspiralı qadın azadlığını onların hüququ kimi təsəvvür edir və bu hüquq uğrunda mübarizə aparmağı isə onların borcu sayır. Məqalədə İ.Qaspiralının “Firəngistan məktubları”, “Darürrahat müsəlmanları”, “Sudan məktubları”, “Qadınlar ölkəsi”, “Arslan qız” romanlarında, “İvan və Süleyman”, “Hacının fərasəti”, “İki imam” və s. hekayələrində müsəlman mühiti fonunda qadın problemi xüsusi olaraq təhlilə cəlb edilir və problem cəmiyyət və mühit kontekstində araşdırılır. Məqalədə İ.Qaspiralının şərq qadınının Avropa qadınından geri qalmasının dinlə əlaqələndirilməsini əsassız sayması, şərq qadınının geriliyinin və hüquqsuzluğunun İslamla heç bir əlaqəsinin olmaması və s. məsələlər təhlil süzgəcindən keçirilmişdir.