ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal
Əsas səhifə / Arxiv / Cild 2, № 3 / Ədəbiyyatşünaslıq

Ali baş komandanın “dəmir yumruq” siyasətinin “qardaş yumruğu”na qədər genişlənən fəlsəfəsi və ədəbiyyatımız (türkçülük və ümmətçilik kontekstlərində)

Say: Cild 2, № 3 (5), 2024 Səhifələr: 84–92 Dil: Azərbaycan UOT: 82. (091)

Xülasə

Məqalədə 44 günlük Vətən müharibəmizdə hərbi əməliyyatların “Dəmir yumruq” adı altında keçirilməsi məsələsinə Ali Baş Komandan İlham Əliyevin münasibəti, bu ad altında bizi Qələbəyə aparan səbəblər haqqında müxtəlif səviyyələrdəki çıxışları elmi təhlil müstəvisinə gətirilir və ümumiləşdirilir. Hesab edilir ki, “Dəmir yumruq” təkcə hərbi əməliyyatların adı kimi yox, həm də gələcək fəaliyyətimizi istiqamətləndirən fəlsəfi təlim kimi dərk edilməlidir. Bu nöqteyi-nəzərdən adın məcazı mənası şərh edilir və bu kontekstdə milli ədəbiyyatımız və ədəbiyyatşünaslığımızın qarşısında duran prioritet vəzifələr müəyyənlləşdirilir.“Dəmir yumruq”un “Qardaş yumruğu”na qədər genişlənən fəlsəfəsinin ictimai həyatımızda olduğu kimi ədəbiyyatımızda da milli birliklə bərabər, türkçülük- türk xalqlarının birliyi və ümmətçilik- müsəlman xalqlarının birliyi məsələlərini önə çıxarması təfərrüatlı şərh edilir. Ədəbiyyatımızda türk və müsəlman xalqlarının birliyiyinin zəruriliyi ideyasının ifadəsi kimi meydana çıxan əsərlərə metodoloji baxış sərgilənir, eyni zamanda klassik irsimizin bu kontekstdə dəyərləndirilməsi ilə bağlı ədəbiyyatşünaslığımızın üzərinə düşən vəzifələr ümumiləşdirilir. Terkçülük və ümmətçiliyin milli özünüdərkdə mühüm yer almasına, güclənməsinə təkan verən ictimai həyat hadisələrinin, II Qarabağ müharibəsində bu istiqamətdə meydana çıxan faktların ədəbiyyata gətirilməsi zərurətindən bəhs edilir. Ədəbi prosesin hərəkətində yer alan və alacaq bu tipli hadisələr estetik düşüncənin ictimai milli düşüncəyə nəhayətsiz təsir imkanları kimi dəyərləndirilir.