ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Türk dünyasının zirvəsində dayanan Heydər Əliyev dühası

Say: Cild 1, № 2 (2), 2023 Səhifələr: 57–61 Dil: Azərbaycan UOT: 811.1

Xülasə

Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük dahi şəxsiyyətlərdən biri olmuşdur. Müasir Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin siyasi- ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını əhatə etmişdir. Heydər Əliyev Azərbaycanın və türk dünyasının mühüm şəxsiyyəti, dövlətimizin inkişafı üçün geniş imkanlar yaradan dahi rəhbər olmuşdur. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyilə yanaşı, praktik perspektivliliyi ilə də böyük tarixi əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyevin türk xalqlarının əlaqələrinin möhkəmlənməsi yolunda atdığı bütün addımlar hər zaman yüksək qiymətləndirilmişdir. Türk dünyasının fəxri olan Ulu öndər Heydər Əliyev, Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi nə qədər ki, bu xalq var hər zaman ehtiramla xatırlanacaq.