ISSN 3005-3137 e-ISSN 3005-4982 AAK tərəfindən qeydiyyata alınmışdır
Mahmud KaşğarlıBeynəlxalq elmi jurnal

Bəxtiyar Vahabzadə yaradıcılığında “Dədə Qorqud” ideya və motivləri

Say: Cild 3, № 2 (7), 2025 Səhifələr: 88–96 Dil: Azərbaycan DOI: 10.36719/3005-3137/7/88-96

Xülasə

Tədqiqatlar göstərir ki, Azərbaycan yazarları «Dədə Qorqud» motivlərinə daima müraciət etmişlər: onların yaradıcılığında Qorqud ədəbi ruhu həmişə var olmuş, daim milli poetik düşüncəni qidalandırmışdır. XX əsrin birinci yarasında «Kitabi-Dədə Qorqud» eposunun çap olunaraq cəmiyyətimizdə məşhurlaşması, yaranan «Dədə Qorqud» coşqusu müasır ədəbiyyatımızda bu günə kimi davam etməkdədir. Müasir poeziyada «Kitabi-Dədə Qorqud» motivlərindən istifadə ənənəsi dövrün ab-havasına uyğun olmuşdur. Repressiyalar dövründə ona maraq zəifləmiş, lap sönmüş, sonralar yenə güclənmişdir. «Kitabi-Dədə Qorqud» mövzusu sovet dövrü Azərbaycan poeziyasında 50-ci illərdən başlayaraq getdikcə genişlənmiş, çoxlu şeir və poemalar yazılmışdır. B.Vahabzadə, N.Xəzri, İ.Səfərli, H.Arif, A.Abdullazadə, Hidayət, V.Cəbrayılzadə, N.Kəsəmənli, R.Z.Xəndan və b. şairlər «Dədə Qorqud» motiviəri əsasında maraqlı poeziya nümunələri yaratmışlar. «Kitabi-Dədə Qorqud» eposunun müasir Azərbaycan şeirinə təsirinin öyrənilməsində «Dədə Qorqud» motivləri əsasında yazılmış poemalar xüsusi yer tutur. Azərbaycan poeziyasında «Kitabi-Dədə Qorqud» motivləri ilə bağlı poemaları iki qismə ayırmaq mümkündür. Birincisi, eposla qismən (müəyyən elementlərlə) bağlı olan poemalar. İkincisi, «Dədə Qorqud» motivləri üstündə yazılmış poemalar. Birinci qismə aid poemalara çoxlu nümunələr gətirmək mümkündür. Bu əsərlər birbaşa «Dədə Qorqud» motivləri ilə əlaqədar deyildir. Həmin poemaların əksəriyyətində Dədə Qorqud obrazına, eposun digər qəhrəmanlarına, «Dədə Qorqud» deyimlərinə, bədii təsvir və ifadə vasitələrinə fraqmentar şəkildə, (yəni yeri gəldikcə) rast gəlinir. Ümumiyyətlə, şairlərimiz xüsusilə öz lirik qəhrəmanlarını tərənnüm edərkən igidlik simvolu kimi Salur Qazan, Beyrək, Qaraca Çoban kimi qəhrəmanların adlarına, eləcə də müdriklik simvolu kimi Dədə Qorqud adına tez-tez müraciət etmişlər. Lakin belə məqamlara əsaslanıb, həmin poemaları «Dədə Qorqud» mövzusunda yazılmış əsərlər hesab etmək olmaz. İkinci qismə aid poemalara gəldikdə bunlar, əsasən, N.Xəzri, B.Səhənd, A.Abdullazadə, Mahmud Kaşğarlı Beynəlxalq Elmi Jurnal. 2025 / Cild: 3 Sayı: 7 / 88-96 ISSN: 3005-3137 Mahmud Kashgarly International Scientific Journal. 2025 / Volume: 3 Issue: 7 / 88-96 e-ISSN: 3005-4982 89 Z.Yaqub, N.Kəsəmənli, T.Elçin, R.Təhməzoğlu və s. kimi sənətkarların yaradıcılığını əhatə edir. Bu sənətkarların yazdığı poemalarda «Dədə Qorqud» eposunun obraz və ideyalarının müxtəlif bədii məzmun və formalarda təsviri ilə qarşılaşırıq.