Əlifba və orfoqrafiya ilə bağlı prof. V.Xuluflunun baxışları I Türkoloji Qurultayın gündəliyində
Xülasə
I Türkoloji Qurultay türk xalqlarının həyatında yeni mərhələnin əsasını qoyan böyük hadisələrdən biridir. Qurultayda latın əlifbasına keçidin böyük perspektivləri müzakirə edilmiş, yeni əlifbanın qəbulunun elmi-metodiki prinsipləri işlənib hazırlanmışdır. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda müzakirə edilən dil məsələləri arasında türk dillərinin tarixi və inkişafı ilə bağlı nəzəri məsələlər xüsusi yer tuturdu. Bu məsələlər V.V.Bartoldun məruzəsində qismən öz əksini tapmışdı. Geniş şəkildə B.Çobanzadə, N.N. Poppe, A.N. Samoyloviç, N.I. Aşmarin və M.F. Köprülüzadənin məqalələrində əks olunmuşdur. Məqalədə Altay dillərinin qohumluğu, türk dillərinin, qədim türk dillərinin yaxın qohumluq əlaqəsi, türk xalqlarının ədəbi dilinin inkişafı, onların türk dillərinin öyrənilməsi və dialektinin öyrənilməsi təhlil edilmişdir. I Türkoloji Qurultay bütün türk xalqlarının, o cümlədən Azərbaycan xalqının həyatında böyük ictimai-siyasi və mədəni hadisə oldu. Türk dilinin latın əlifbasına keçməsi imperiya siyasətinin əsas ideyası olduğu dövrdə yeni forma və məzmun kəsb edirdi. Bu ideya türk xalqlarının inkişafına və mütərəqqi dünya elmi arenasına inteqrasiyasına təkan verdi.